Röya: "Bir də belə etməyin, ayıbdır"

22 Yanvar 2016 22:31

Əməkdar artist Röya Ayxan İnstagram profilini oğurlayıblar. 

Milli.Az big.az-a istinadən bildirir ki, bu barədə müğənni özü bildirib. 

Röya Ayxan bildirib ki, İnstagram səhifəsinin şifrəsini sındırıblar və onun səhifəsində foto paylaşılıb. Müğənni hazırda bu problemin aradan qaldırıldığını bildirib:

"Darıxmışdım. Amma kodumuz başqası tərəfdən sındırılmışdı. Hətta bir şeylər paylaşıldı. Bir də belə etməyin, ayıbdır".

Milli.Az