Bakıda oğru qadın tutuldu

31 Dekabr 2015 14:25

Bakıda mağazalardan geyim əşyaları oğurlayan qadın saxlanılıb.
Milli.Az "Report"a istinadən bildirir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 30-da Bakı şəhər sakinləri Vaqif Əkbərli və Gülşən Əliyevaya məxsus, metronun "28 May" stansiyasının yaxınlığındakı yeraltı keçiddə yerləşən mağazalardan geyim əşyaları oğurlamış paytaxt sakini Aniya Səfərova saxlanılıb.
Milli.Az