Dağıstanda atışma: üç nəfər öldürüldü

29 Noyabr 2015 09:56

Dağıstanın cənubunda ötən gecə baş vermiş atışma zamanı üç silahlı öldürülüb. Report yazır ki, bu barədə məlumatı TASS agentliyinə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.

Məlumatda deyilir ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları ilə silahlılar arasında silahlı qarşıdurma baş verib. Nəticədə üç silahlı öldürülüb. Hüquq-mühafizə orqanları əməkdaşları arasında xəsarət alan olmayıb. Öldürülən silahlıların şəxsiyyəti dəqiqləşdirilir.
Dağıstanın Süleyman-Stal və Maqagamkent rayonları arasında yerləşən bütün yaşayış məntəqələrində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Milli.Az