Luis Enrike: "Messi "Mançester Siti"yə..."

28 Noyabr 2015 11:14

"Barselona"nın baş məşqçisi Luis Enrike futbolçusu Lionel Messinin "Mançester Siti"yə transfer olunacağı iddialarına münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bu xəbərləri təkzib edib:

"Messi "Mançester Siti"yə getməyəcək. Futbolda bu cür yalan xəbərlər yayılır. O, zədədən yeni qayıtdığı üçün tam hazır deyil. Ancaq bu vəziyyətdə belə böyük işlər görür".

Milli.Az