Elmar Məmmədyarov Gürcüstana yola düşüb

26 Noyabr 2015 12:46

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana yola düşüb.

Noyabrın 26-da Tbilisidə keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin VI qeyri-rəsmi nazirlər toplantısında iştirak etmək üçün nazir rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Gürcüstana yola düşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Milli.Az