Şəhriyar Əbilov saçını boyadı - FOTO

26 Noyabr 2015 11:21

Aparıcı Şəhriyar Əbilov saçını kürən rəngə boyayıb. 

Milli.Az axşam.az-a açıqlama verən aparıcı bunun səbəblərini açıqlayıb:

"Saçımı rol aldığım "Aktyor" filmi üçün bu rəngə boyadım. Hər zaman komediya obrazlarında olmuşam. Bu dəfə tamaşaçı məni dramatik bir rolda görəcək. Bu mənim həyatımda böyük dəyişiklik olacaq. Obrazım çox çətindir".

Ş.Əbilov bir müddət əvvəl açdığı kişi geyimləri mağazasından imtina etdiyini bildirib:
"İşimdə durğunluq var. Bu yaxınlarda adımı o işin üzərindən götürəcəm. İki-üç aydan sonra "Abilov" moda evi açacam. İşə başladım, amma komanda ürəyimcə olmadı. Adımı batırmaq istəmirəm".

Milli.Az