Tunisdə fövqəladə vəziyyət elan olundu

25 Noyabr 2015 09:32

Tunisdə avtobusda törədilən terror aktından sonra fövqəladə vəziyyət rejimi tətbiq olunub.

"Report" xəbər verir ki, ölkə başçısının qərarına əsasən, o, 30 gün qüvvədə qalacaq.

Bundan əlavə, Tunisdə indi komendant saatı da fəaliyyət göstərir.

Ölkənin eyniadlı paytaxtında naməlum şəxslər prezidentin mühafizəçisinin də olduğu avtobusu partladıblar. Son məlumatlara görə, hadisə nəticəsində 12 nəfər ölüb, 17 nəfər yaralanıb. Partlayışı kamikadze törədib. O, avtobusa yaxınlaşaraq özünü partladıb.

Tunis prezidenti hadisə ilə əlaqədar olaraq 25-26 noyabr tarixlərində İsveçrəyə nəzərdə tutulan səfərini təxirə salıb.

Milli.Az