"Türkiyə Rusiya ilə münasibətləri normallaşdırmağa çalışacaq"

25 Noyabr 2015 07:27

Rusiyaya məxsus "Su-24" döyüş təyyarəsinin vurulmasına baxmayaraq Ankara Moskva ilə münasibətləri yaxşılaşdırmağa səy göstərəcək. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Aİ məsələləri üzrə yeni naziri Volkan Bozkır bildirib.  

"Bizim Rusiya çox yaxşı münasibətlərimiz var. Əminəm ki, Türkiyə bu münasibətlərin daha yaxşı olması üçün səylər göstərəcək. Mən istərdim bu problem gələcəkdə Rusiya-Türkiyə münasibətlərinə zərər vurmasın. Sözsüz ki, yaxın günlərdə bu hadisələr araşdırılacaq və müvafiq açıqlamalar veriləcək", deyə Bozkır qeyd edib.

Milli.Az