Menecerlər təltif olunacaqlar

22 Oktyabr 2015 16:00

Oktyabr ayının 24-də saat 11.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında marketinq üzrə teatr menecerlərinin təltifolunma mərasimi keçiriləcək.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 10 gündən artıq davam edən treninqlərdə fəal iştirak edən teatr menecerləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ - Azərbaycan Milli Mərkəzi və Azərbaycan Teatr Treninq Mərkəzinin sertifikatları ilə təltif olunacaqlar.
Treninqlərdə teatrın tarixi və marketinq işi haqqında ətraflı bilgilərə yiyələnən menecerlər yüksək məvacibli işlə təmin olunacaqlar.
Məlumat üçün bildirək ki, ötən ay elan edilən müsabiqə kastinq yolu ilə həyata keçirilib, kastinqdən uğurla keçənlərə peşəkar teatr mütəxəssisləri və marektinq sahəsi üzrə pedaqoqlar treninqlər keçiblər.

Milli.Az