Cavid Qurbanov: "Maliyyə məsələsində çətinliklərimiz var"

13 Oktyabr 2015 12:55

"Bakı-Tiflis-Qars layihəsi ilə bağlı işlərin 60%-i yerinə yetirilib".

APA xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Qarsa qədər olan yol hazırdır. Tuneldə, demək olar ki, işlər yekunlaşıb. Bir balaca maliyyə məsələsində çətinliklərimiz var. Onları da həll edəcəyik", - deyə sədr bildirib.

Milli.Az