İtaliya ilə oyun öncəsi yığmamızda sürpriz - FOTO

10 Oktyabr 2015 20:32

Milli komandamızın AVRO-2016-nın seçmə mərhələsində İtaliya ilə oyuna yüksək əhval-ruhiyyə ilə çıxacaq. 

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu gün yığmanın düşərgəsində komandanın üzvü Ruslan Abışovun ad günü qeyd edilib.
 
Komanda yoldaşları tərəfindən sürpriz olaraq hazırlanan və bütün futbolçuların, texniki heyətin və baş məşqçi Robert Prosineçkinin də iştirak etdiyi məclisdə səbəbkar təbrik edilib, xoş arzular səsləndirilib.
 
Daha sonra isə 28 yaşı tamam olan müdafiəçi onun şərəfinə hazırlanmış tortu kəsib.
Milli.Az