"Qalatasaray" əfsanəsindən "Fənərbağça"ya jest

4 Oktyabr 2015 17:27

"Fenerbahçe"nin Avropa Liqasında "Celtic"lə 2:2 bərabərə qaldığı oyundan əvvəl şotlandların Tuqay Kərimoğlu ilə əlaqə saxladıqları məlum olub. "Keltlər" "Glasgow Rangers" və "Blackburn Rovers"in keçmiş futbolçusundan "Fenerbahçe" haqqında bilgi almaq istəyiblər.

Goal.az xəbər verir ki, "Galatasaray"ın əfsanələri arasında qeyd olunan Tuqay qarşı tərəfə məlumat ötürməkdən imtina edib. 

"Mən türkəm. Beynəlxalq arenada ölkəmi təmsil edən komanda ilə bağlı məlumatları rəqibə ötürməyimdən söhbət gedə bilməz", - Tuqay deyib. 

Milli.Az