Sərxoş qadın qollarını doğradı

4 Oktyabr 2015 10:34

Gəncədə 48 yaşlı qadın intihara cəhd edib.

APA-nın verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Arzu Quliyeva sol qolunun kəsilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.
 
Ona dərhal tibbi yarım göstərilib, vəziyyəti normal qiymətləndirilir. A. Quliyevanın sərxoş vəziyyətdə intihara cəhd etdiyi bildirilir.
 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az