Lənkəranda ağır yol qəzası:1 nəfər ölüb

5 Sentyabr 2015 14:17

Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran rayonunun Siyavar kəndində şəhər sakini Rəfayel Qurbanov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən rayon sakini Arzuman Rzayevi vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsi araşdırma aparır.
Milli.Az