Gəncədə üç uşaq anası intihar edib

5 Sentyabr 2015 13:55

Gəncədə intihar hadisəsi baş verib.

MilliAz "Report"a istinadən bildirir ki, şəhərin Gülüstan qəsəbəsində yaşayan üç uşaq anası, 1975-ci il təvəllüdlü Əkbərova Cəmilə Əhməd qızı yaşadığı evdə kəndirlə özünü asaraq intihar edib.
Meyit hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Milli.Az