Tanınmış aparıcı qızı ilə Göygöldə - FOTO

2 Sentyabr 2015 09:50

ANS-in aparıcısı Rövşanə Ağasəfqızı Göygölə gedib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, gəzinti zamanı qızı ilə çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb.
 
R.Ağasəfqızı şəkillərə "Göygöl, səni sevdim. Ruhum dincəldi. Maral göl - gördüyüm gözəllik gəldiyim dəhşətli yolun palçığını mənə unutdurdu. Bu daş da çox məşhurdur.

Nəsillər yola salıb. Kəpəz dağının bir parçasına toxunmaq mənə də qismət oldu" sözlərini yazıb.

Milli.Az