17 yaşlı aktrisa: "Sinəmi əməliyyatla 2 dəfə balacalaşdırdım" - FOTO

13 Avqust 2015 23:47

"Modern family" ("Müasir ailə") serialının 17 yaşlı ulduzu Ariel Uinter özü ilə bağlı maraqlı etiraf edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa sinəsini əməliyyatla iki dəfə kiçiltdiyini deyib. 15 yaşından iri sinə problem yaşadığını deyən Ariel bu səbəbdən çəkilişlər zamanı da problemlər yaşadığını bildirib. O hətta bunun səhhətində də nasazlıq yaratdığını, boyun-bel ağrılarından əziyyət çəkdiyini söyləyib: 

"Çəkilişlərdə sinəmin iriliyi bilinməsin deyə enli koftalardan istifadə edirdik. Uzun müddət ayaq üstə dayana bilmirdim, belimdə ağrılar başlayırdı. Psixoliji cəhətdən də mənə çətin idi. Hamı lağ edirdi. Sinəmi 2 dəfə balacalşdırdım. İndi özümü tamamilə başqa insane kimi hiss edirəm". 
Milli.Az