Türkiyə İŞİD planı

5 Avqust 2015 14:17

Türkiyə İŞİD terror təşkilatı ilə mübarizəni davam etdirmək niyyətindədir.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, İŞİD döyüşçülərindən azad edilmiş Suriya ərazilərində mötədil müxalif qüvvələr yerləşdirilə bilər: "Bundan başqa, Suriya qaçqınları bu ərazilərə qayıda bilərlər".

Milli.Az