Gökhan İnler Premyer Liqa yolunda

1 Avqust 2015 17:55

Gökhan İnler karyerasını "Dumanlı Albion"da davam etdirməyə yaxındır. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Napoli" 31 yaşlı yarımmüdafiəçinin "Lester Siti" klubuna transferinə razılaşıb. İtalyan mediasının məlumatına görə, "Lester" isveçrəli futbolçuya 4 milyon avro məvacib verməyi öhdəsinə götürüb. İngilislər İnlerlə şəxsi müqavilənin müzakirəsinə başlayıb.

Qeyd edək ki, təcrübəli oyunçu ilə "Beşiktaş" da ciddi maraqlanırdı. Hətta "qara qartallar"ın onunla şəxsi müqavilə barədə anlaşdığı da deyilirdi.

Milli.Az