Yunanıstan Azərbaycan variantını işə salır

29 İyul 2015 13:30

Gələn həftə Yunanıstan hökuməti SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə DESFA qaz operatorunun səhm nəzarət paketinin satışı ilə bağlı danışıqları bərpa edəcək.

Trend-in "Ekathimerini" qəzetinə istinadən verdiyi məlumata əsasən, bu barədə Yunanıstanın yenidənqurma, ekologiya və energetika naziri Panos Skurletis deyib.

O bildirib ki, SOCAR-a satılacaq DESFA-da iştirak payı müzakirələrin əsas mövzusu olacaq.

Milli.Az