Xatirə İslam qalmaqallı foto ilə bağlı: "Ayağımı onsuz da hamı görüb" - FOTO

7 İyul 2015 17:32

Tanınmış müğənni Xatirə İslam ötən gün İnstagram-da paylaşdığı foto ilə gündəmə gəlib. Müğənni günəşdən yanan ayaqlarını sosial şəbəkədə paylaşdıqdan sonra izləyicilərinin sərt tənqidləri ilə üzləşib. İnstagram istifadəçiləri müğənnini təhqir etməkdən də çəkinməyiblər.

Müğənni isə tənqidlərlə qətiyyən razı deyil:

"Ayaq görüntüsündə nə var ki? Sadəcə yanıb. İkincisi də başqa görünməməli yerimi göstərmirəm ki. Ayağımı da ki, bütün aləm görüb. Qısa geyinəndə onsuz da ayağımın bir hissəsi bayırda olur", - deyə Xatirə İslam Milli.Az-a açıqlamasında deyib.

Teymur
Milli.Az