ABŞ millisi planetin ən güclüsü oldu

6 İyul 2015 12:10

Kanadada qadınlar arasında futbol üzrə keçirilən dünya çempionatı başa çatıb. Vankuver şəhərində keçirilən final matçında ABŞ və Yaponiya milli komandaları qarşılaşıblar.

Goal.az xəbər verir ki, ABŞ millisi Asiya təmsilçisi üzərində inamlı qələbə qazanmaqla planetin ən güclüsü olub. Bu, amerikanların 3-cü dünya çempionluğudur. Onlar analoji göstəriciyə görə Almaniya millisini (2) qabaqlayıblar.
Qeyd edək ki, turnirdə 3-cü yeri İngiltərə tutub. Onlar Almaniya millisini məğlub ediblər (0:0. penalti seriyası 1:0)

Qadınlar arasında dünya çempionatı, final

ABŞ 5-2 Yaponiya

Milli.Az