"Əhəmiyyətsiz və orta matçlarda fantastik oynamaq lazım deyil"

5 İyul 2015 20:41

"Arsenal"ın keçmiş qapıçısı Yens Lemann Mesut Özilin London klubu üçün əhəmiyyətindən danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Lemann həmyerlisi haqqında bunları deyib:

"Hamı bilir ki, Özil fantastik oyunçu ola bilər. Amma bu statusu vacib oyunlarda göstərməlidir. Əhəmiyyətsiz və orta matçlarda fantastik oynamaq lazım deyil. Şübhəsiz, Mesut özünü vacib oyunlarda sübut etməlidir. Əlbəttə, Özil artıra bilər. Futboldan getmədiyin zamanda inkişaf etmək hər zaman mümkündür".

Milli.Az