Müğənni Beyons biznes-lediyə çevrilir - FOTO

3 İyul 2015 13:39

Məşhur amerikalı müğənni Beyons Nouls aktiv şəkildə bizneslə məşğul olmağa başlayıb.

O, dünən ABŞ-ın Nyu-York şəhərinin mərkəzindəki Manhetten səmtindəki ofisində Britaniyanın "TopShop" brendinin rəhbərliyi ilə əməkdaşlıqla bağlı danışıqlar aparıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 33 yaşlı müğənni "Parkwood Entertainment" adlı şirkətin sahibəsi olmaqla yanaşı, əri, tanınmış reper Cey Zinin yaratdığı "Tidal" musiqi servisinin şərikidir.

250 milyonluq sərvətə malik Beyons dünən ofisə yollanarkən reportyorların israrlarına rəğmən, onların suallarını cavablamayıb.

Milli.Az