Yayın hiti təqdim ediləcək - VİDEO - FOTO

3 İyul 2015 12:16

Aparıcı, şoumen Murad Arif yeni "İnşallah" mahnısına klip çəkdirib. Milli.Az xəbər verir ki, söz və musiqisi M. Arifə məxsus mahnıya Cəlal Kəngərli quruluş verib.Yeni yaradıcı işi haqqında M. Arif təəssüratlarını bölüşüb: ""İnşallah" çox iddialı, rəngarəng, dinamik klipdir, mahnının coşqusunu tamamilə çatdırır. Elə rejissor da gənc və çox iddialıdır.

Azərbaycanda da Kral TV, Ru TV səviyyəsində milli istehsal olan kliplər çəkilir. Yerli rejissorlar bunun üçün xarici ölkələrə üz tutmurlar. Mən Cəlal Kəngərlini özüm üçün kəşf etdim. Bu klip vasitəsilə onu hər kəsə kəşf etdirəcəm. Çəkilişlər dinamik və pozitiv bir ab-havada keçdi. Bütün yaradıcı heyəti, başda rejissor olmaqla, stilist-vizajisti Aynur Ağabəyovaya (Akina) və "Crazy Eyes" rəqs qrupuna təşəkkür edirəm. Bunu əminliklə əlavə edim ki, klip də mahnı kimi hit olacaq".

Qeyd edək ki, M. Arif "İnşallah" mahnısına çəkilən klipi iyulun 6-da dostları üçün təqdim edəcək. Daha sonra isə tamaşaçıların ixtiyarına verəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото