Zaur Baxşəliyev yeni veriliş açacaq - FOTO

3 İyul 2015 10:03

Ard-arda verilişləri bağlanan teleaparıcı yeni layihə ilə sevənlərinin qarşısına çıxacaq. 

Milli.Az xəbər verir ki, teleaparıcı Zaur Baxşəliyev Türkiyəyə yollanaraq orada yeni layihə üzrə işlər görüb. Aparıcının sözlərinə görə o, yaxın günlərdə yeni proyektlə efirə qayıdacaq. 

""Rəng media"nın rəhbəri, çox yaxın dostum, qardaşım Həmid Tuncel məni Türkiyəyə dəvət etdi. Çox yaxında möhtəşəm bir proyektlə qarşınızda olmağı düşünürük. 

"Məni yarımdan soruş" layihəsindən sonra bu layihə partlayış olacaq".

Milli.Az