"Mən olan yerdə şir olmamalıdır" - FOTO

3 İyul 2015 14:29

Yəqin, nəhəng erkək fil belə düşünüb. O, su içməyə gedərkən çay sahilində şiri görüb.

Milli.Az bildirir ki, erkək şir, təbii ki, yerindən durmaq istəməyib. Bu isə fili sinirləndirib və o, şiri tapdalamaq, əzmək, öldürmək istəyib.
Qorxuya düşən şir də sahildən qaçıb.
Botsvanada yaşanmış bu olayı Cənubi Afrika Respubliksından olan fotoqraf, 49 yaşlı Yohan Bernar çəkib.
 

Milli.Az