Nümayişçilər Yerevanın mərkəzi küçələrində yürümək istəyirlər

29 İyun 2015 20:28

Elektrik enerjisi tariflərinin artırılmasına etiraz edən nümayişçilər bu gün axşam saatlarında Yerevanın mərkəzi küçələrində yürüş keçirmək istəyirlər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu etiraz aksiyasının təşkilatçıları deyiblər.

Nümayişçilər yürüşdən sonra Baqramyan prospektinə qayıdaraq məqsədlərinə nail olanadək orada qalacaqlar.

Təşkilatçıların bəyanatında deyilir: "Biz yalnız elektrik enerjisi tariflərinin artırılması barədə qərarın ləğv edilməsini istəyirik".

Milli.Az