Avtomobili partladılan baş prokuror xəstəxanada öldü

29 İyun 2015 19:57

Misirin Baş prokuroru Hişam Barakat avtomobilinin partladılması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Milli.Az bildirir ki, APA-nın Press TV-yə istinadən verdiyi xəbərə görə, ölkənin iki naziri faktı təsdiqləyib.

Qeyd edək ki, ölkənin baş prokuroru Hişam Barakatın avtomobili bu gün səhər saatlarında naməlum şəxslər tərəfindən partladılıb.

Nəticədə ağır yaralanan baş prokuror xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az