WhatsApp-da gözlənilən yenilənmə

25 İyun 2015 21:55

WhatsApp messencerinin Windows Phone mobil platforması üçün yeniləməsi çıxarılıb: messencer artıq səsli zənglər edir və Windows 8.1 sistemi ilə işləyən qurğulara audiofayllar göndərə bilir.

Bundan əvvəl bu funksiya mobil messencerin iOS və Android üçün versiyalarında işə salınıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, WhatsApp messencerində səsli zəng funksiyası bütün populyar mobil platformalar üçün əlçatan olduqdan sonra, xidmət Viber və Skype ilə rəqabət aparmaq üçün rabitə və başqa qlobal funksiyaların keyfiyyətinin təkmilləşdirilməsi ilə məşğul ola bilər.

Milli.Az