Mark Zukerberq mühacirlərə 5 milyon dollar ayırdı

20 İyun 2015 20:45

Wall Street Journal qəzeti yazır ki, Facebook sosial şəbəkəsinin direktoru Mark Zukerberq TheDream.US fonduna 5 milyon dollar ianə edib. Adıçəkilən fond ABŞ-a qanunsuz gəlmiş tələbələrin Amerika universitetlərində təhsilini maliyyələşdirir. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda sözügedən fond artıq 80 milyon dollar toplamağa müvəffəq olub.
 
Facebookun direktoru tərəfindən ayrılmış maliyyə yaxın beş ildə San-Fransisko universitetlərində və Kaliforniyanın şimal hissəsində təhsil alan 400 tələbənin təqaüdünə sərf olunacaq. Zukerberq bu hərəkətini ABŞ-ın gələcəyinə investisiya adlandırıb.
 
 İndiki tələbələrin əksəriyyəti çoxdan ABŞ ərazisinə gəlib - o qeyd edib. - Ancaq onlar zəruri mühacirət sənədlərinə malik olmadığına görə ali təhsil ala bilmir, çünki federal yardım proqramlarına girişdən məhrumdurlar.
 
Milli.Az