Generalın qohumunun döydüyü qız xəstəxanaya yerləşdirildi - FOTO

25 May 2015 20:02

"Famous" karaoke-klubda idmançı İsa Əzizovun vəhşicəsinə döydüyü Elvira Əliyeva xəstəxanaya yerləşdirilib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, gününün ikinci yarısında xanımın vəziyyəti pisləşib və təcili tibbi yardıma müraciət edilib.  

Təcili yardım dərhal E.Əliyevanı xəstəxanaya aparıb. İlkin müayinə zamanı onun kəllə-beyin travması aldığı müəyyələşib. 

Qeyd edək ki, İsa Əzizov hazırda yüksək vəzifə tutan generalın bacısı oğludur. O, Elviradan başqa Diana Babayeva adlı qızı da döyüb. 

Xəstəxanadan çəkilmiş şəkilləri təqdim edirik.

Anar Məmmədov

Milli.Az