Van Persi üçün sürpriz təklif

24 May 2015 20:23

"Manchester United"in hücumçusu Robin van Persi növbəti mövsüm Qatar çempionatında görünə bilər.

Goal.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, Mikael Laudrup holland futbolçunu "Lekhwiya" klubuna gətirmək istəyir. Van Persiyə görə 18 milyon funt təklif ediləcəyi bildirilir. Van Persi "Juventus", "Roma", "Qalatasaray" və "Fenerbahçe"nin də maraq dairəsindədir.

Milli.Az