Droqba 37 yaşında bir qərar verdi

24 May 2015 18:22

Didie Droqba mövsümün sonunda "Çelsi"ni tərk edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü məlumat verib.

"Sanderlend"lə İngiltərə Premyer Liqasının son turunda baş tutacaq qarşılaşma Droqba üçün də "Çelsi" formasında sonuncu olacaq.

Bir il daha oynamaq istədiyini qeyd edən 37 yaşlı hücumçu daha çox forma geyinə biləcəyi bir komandaya keçmək istədiyini deyib.

Xatırladaq ki, Droqba London klubunun heyətində 9 mövsüm keçirib ki, bu müddətdə o, 4 dəfə İngiltərə Çempionu, Çempionlar Liqasının qalibi və 4 dəfə də İngiltərə Kubokunu qazanıb.

Bu mövsüm isə hücumçu meydana çıxdığı 27 oyunda 4 qola imza atıb.

Milli.Az