"İlk dəfə Rusiyanı geridə qoyanda gözümdən yaş gəldi"

24 May 2015 12:55

"Eurovision - 2015" mahnı müsabiqəsinin qalibi, İsveç təmsilçisi Mons Selmerlöv final başa çatdıqdan sonra mətbuat konfransında qalib olmağın təəssüratlarını bölüşüb.

Anspress-in məlumatına görə, Mons Selmerlöv jurnalistlərə açıqlamasında qələbəsindən çox, Rusiyanı geridə qoymasına sevindiyini söyləyib:

"Bu, inanılmazdır. Onlar birinci dəfə bunu deyəndə eşitmədim. Komanda yoldaşım mənə deyəndə ki, "10 saniyədən sonra sənin qalib olduğunu elan edəcəklər", buna inana bilmirdim. Elə düşünürdüm ki, ya Rusiya, ya da İtaliya qalib gələcək. Qalib gələndə ağlamadım, amma ilk dəfə Rusiyanı geridə qoyanda və bütün arena alqışlayanda gözümdən bir-iki damla yaş gəldi".

Milli.Az