Murad Dadaşov: "3 gün özümə gələ bilmədim" - VİDEO

22 May 2015 15:28

Tanınmış şoumen ANS komandasının faciəyə operativ reaksiya verdiyini bildirib

"Belə bir faciənin baş verməsinə biganə qala bilməzdik. ANS televiziyası ilə birgə belə qərar qəbul etdik və "Maşın" şou verlişini təxirə saldıq. Bu, vicdan qərarı idi". 

Anspress-in məlumatına görə, bunu "Günəbaxan" verlişinə qonaq olan tele-aparıcı Murad Dadaşov söyləyib. 

Tanınmış şoumen ANS komandasının bu faciəyə operativ reaksiya verdiyini və buna görə kanal rəhbərliyinə təşəkkür etdiyini billdirib:

"Mən o hadisələri görəndən sonra 3 gün özümə gələ bilmədim. Bir neçə gündür ki, mənfi emosiyalara qapanmışam. Dünyasını dəyişənlərin dünən 3 mərasimi keçirilib. Ancaq həyat davam edir. Bu gündən isə biz fəaliyyətimizi davam etdiririk", - deyə Murad Dadaşov söyləyib. 

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото