"Azərsun"da dəhşətli ölüm - YENİLƏNİB - VİDEO

2 May 2015 18:02
18:02

Bakıda usta bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zığ yolunda yerləşən "Azərsun" ASC-yə məxsus Nəqliyyat və Xüsusi Texnika idarəsində qeydə alınıb.
 
Bakı şəhər sakini,  1979-cu il təvəllüdlü Yaşar Nizami oğlu Vəliyev "Man" markalı avtomobili təmir edərkən yükqaldırıcının qırılması nəticəsində maşının altında qalaraq ölüb.
 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

-----------
18:53