Afaq Gəncəli: "Oğlumun səhhətində problem var"

28 Aprel 2015 12:45
Aparıcı Afaq Gəncəli uzun müddətdir oğlu Qədirdən ayrı yaşayır
Milli.Az axşam.az-ın əməkdaşı ilə söhbətində aparıcı bunun səbəblərini açıqlayıb:

"Oğlumun səhhətində problem var. Buna görə də Ankarada qalır, müalicə alır. Anam da yanındadır. Az vaxt qalıb, müalicəsi bitir. Tez-tez onu görməyə gedirəm. Çünki onun üçün çox darıxıram".

A.Gəncəli son vaxtlar arıqlamasından da danışıb:

"Heç vaxt pəhriz saxlamamışam, idman etməmişəm. Mayda yeni bir layihədə yer alacam. Aparıcılıq etməyəcəm, iştirakçı olacam. Ona görə də arıqlayıram. Bir müddətdir ki, idmanla məşğul oluram. Xeyli çəki atmışam".

Milli.Az