Bakıda gözəllik salonunda oğurluq

18 Aprel 2015 18:45
Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub.
 
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 17-də Nəsimi rayonu ərazisindəki gözəllik salonundan 100 manat oğurlamış Hacıqabul şəhər sakini Şəfa Rzayeva Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Ş. Rzayeva 22-ci Polis Bölməsinə təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az