Mətbəx sirləri: Boranı plov

14 Aprel 2015 07:00
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən boranı plovun hazırlanma qaydasını təqdim edir.

Tərkibi: 

2 kq düyü
1 kq boranı
1 st. bitki yağı
4 st su
duz

Əvvəlcə düyünü ilıq və duzlu suda 30 dəqiqə müddətində isladın. Plov bişirəcəyiniz qazana düyü, kiçik kub formasında doğranmış boranı və duz əlavə edib üzərinə soyuq su tökün. Qazanı ağzıörtülü halda qaynamağa qoyun. Ərzaqlar qaynadıqda düyünü qarışdırmaq lazımdır ki, yapışmasın. Düyü yarıbişmiş olduqda ocağın istiliyini azaltmaq olar.

Çəkmə plov olduğuna görə (suyu süzülmür) suyu ocağın üzərində çəkilməlidir. Hazır olana yaxın üzərinə yağ əlavə edib, vam odun üzərində 10 dəqiqə də saxlayın.

Nuş olsun!

Milli.Az