Fəhləni öldürdü

30 Mart 2015 20:35
Ucarda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın məlumatına görə, hadisə bu gün rayonun Yeniyol kəndində baş verib.

Kənddə yeni tikilidə fəhlə kimi çalışan Masallı rayon sakini, 28 yaşlı Nehdiyev Ülvi Namiq oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az