"Spice Girls" qayıdır

28 Mart 2015 13:19

1990-cı illərdə dünyanın ən məşhur qruplarından biri olmuş "Spice Girls" yeni konsert turnesi üçün yenidən bir araya gəlir.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, qrupda olarkən "Baby Spice" kimi tanınmış müğənni Emma Battonun dediyinə görə, Ceri Holliuel Mel Bi konsertə artıq razılaşıblar. Viktoriya Bekhemlə isə hələ müzakirələr aparılır.
 

Konsert turnesi qrupun 20 illik yubileyinə həsr olunacaq.
 

Milli.Az