Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, martın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və gündüz arabir yağış yağacağı gözlənilir. Günün ikinci yarısında hava, əsasən, yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 6-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 765 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.Ölkə ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək