Türkiyədə ordunun həyata keçirdiyi son hərbi dövlət çevrilişindən 18 il ötür. Xatırladaq ki, 1997-ci il fevralın 28-də keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) qərarları o dövrdə Nəcmədin Ərbakan və Tansu Çillerin koalisiyası ilə qurulmuş "Refah-Yol" hökumətinə bildirildi. Qərarda dünyəvi (laik) sistem üçün qərarların icrası tələb olunaraq, "təriqət məktəbləri nəzarətə götürülməli, Təhsil Nazirliyinin nəzarətinə verilməli, 8 illik təhsil sisteminə keçilməli, Quran kursları nəzarətə götürülməli, vahid təhsil sistemi icra edilməli, təriqətlər bağlanmalı, irtica səbəbilə ordudan qovulan hərbçiləri müdafiə edən və ordunu din düşməni kimi göstərən mətbuat nəzarətə götürülməli, geyim qanununa riayət edilməli, kəsilmiş qurbanların dəriləri dərnəklərə verilməməli, Atatürkün əleyhində olan bütün işlər cəzalandırılmalıdır!" - deyilirdi.İlk hərbi dövlət çevrilişindən sonra Türkiyənin baş naziri və 2 nazir asılaraq edam ediliblər