Çayın xeyiri və ziyanı

23 Fevral 2015 23:48
Azərbaycanlıların ən sevimli içkisi olan çayın xeyirli və ziyanlı tərəfləri var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, çayı yeməkdən dərhal sonra içməyin. Çünki bu zaman çay dəmirin bədənə hopmasının qarşısını alaraq anemiyaya (qan azlığı) səbəb olur. Xüsusilə, qadınlar daha diqqətli olsunlar.

Çayı əsas yeməklərdən 1 saat sonra için. Şəkərsiz içməyə çalışın. Şəkərsiz çay kökəlməyin və diabetin yaranmasının qarşısını alır. Çayı su əvəzi içməyin. Çox çay içmək təzyiqin qalxmasına səbəb ola bilər.

Yatmamışdan əvvəl içilən çay isə yuxusuzluğa gətirib çıxarır.

Milli.Az