Elnur Hüseynov finala bir addım da yaxınlaşdı - VİDEO

11 Fevral 2015 09:00
"O səs Türkiyə" müsabiqəsinin son buraxılışında 1/4 final mərhələsində canlı ifalar səsləndirilib.

Anspress-in məlumatına görə, "O səs Türkiyə" yarışmasındakı ilk çıxışı ilə səs-küy yaradan müğənni Elnur Hüseynov yarışın bu mərhələsində Şebnem Ferahın "Gözlerimin etrafındakı çizgiler" mahnısını ifa edib.

Həmyerlimizin möhtəşəm çıxışı həmişə olduğu kimi, bu dəfə də alqışlarla qarşılanıb və hamı tərəfindən bəyənilib.

"Elnur çox güclü səsdir. O, bunu gəldiyi ilk gün jüridəki dostlarımın onu ayaq üstə alqışlamasıyla sübut edib", - deyə jüri Ebru Gündeş bildirib.

Formata uyğun olaraq digər komandadan üç iştirakçı ilə yarışan Elnur, dörd nəfər içində ikinci seçilərək növbəti canlı efirə vəsiqə qazanıb.

Qeyd edək ki, Elnur Hüseynov "Eurovision 2008"də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

фото