Əkiz bacılardan növbəti biabırçılıq: "Balakən Naxçıvanda yerləşir"

1 Fevral 2015 17:26
Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində növbəti dəfə anlaşılmazlıq yaranıb.

Aparıcılar Sevil Sevinc bacıları verilişdə qonaq olan gənc müğənni Tural Everestdən Azərbaycanın hansı bölgəsindən olduğunu soruşublar. Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, müğənni isə cavabında Balakən rayonundan olduğunu deyiblər. Rayonun adını eşidən aparıcılar Balakənin harada yerləşdiyini bilməyiblər. Digər aparıcı isə cavabında Balakənin Naxçıvanda olduğunu deyib.

Qeyd edək ki, Azərbaycanın şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında 923 kvadrat kilometr sahə tutan Balakən rayonu şimalda Rusiya Federasiyası (Dağıstan MR), qərb və cənub-qərbdə Gürcüstan, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir.

Onu da qeyd edək ki, bu aparıcıların canlı efirdə ilk səhvi deyil. Onlar bundan öncə canlı yayımda Azərbaycan manatını cırmışdılar.

Milli.Az