Tovuzda ev yandı

31 Yanvar 2015 12:28
Tovuzda yaşayış evində yanğın baş verib.

Gecə saatlarında elektrik naqillərində yaranan nasazlıq yanğına səbəb olub. Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə Tovuz rayon, Qovlar qəsəbəsində, Vaqif Babayevə məxsus yaşayış evində qeydə alınıb. Qəfildən yanmağa başlayan yaşayış mənzilini ev sahibləri, qonşular söndürməyə çalışsalar da buna nail ola bilməyiblər.

Hadisə yerinə çağırılan Tovuz Yanğından Mühafizə Hissəninin avtomobil və canlı qüvvəsi alovu tez bir zamanda söndürüb. Yanğında xəsarət alan olmasa da Vaqif Babayevə məxsus yaşayış evinin talvarının bir hissəsi və evə çəkilmiş olan elektrik naqilləri yanaraq sıradan çıxıb. Vaxtında yanğının qarşısı alındığından evin digər hissələri və ona yaxın obyektlər yanğından mühafizə edilib.

Milli.Az