Salman Rüşdi yeni roman yazdı

30 Yanvar 2015 13:04
"Random House" nəşriyyatı tanınmış britaniyalı yazıçı Salman Rüşdinin yeni kitabını nəşr edəcək. Milli.Az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, yeni roman "İki il, səkkiz ay və iyirmi səkkiz gün" adlanır.

Nəşriyyatın press-relizində deyilir ki, yeni kitab "indiki yaşamımız haqqında heyrətamiz əhvalatdır". Romanda tarix, mifologiya, yersiz məhəbbət, canlanan dünya qarışıb.

Xatırladaq ki, Salman Rüşdinin bundan əvvəlki "Cozef Anton" adlı romanı 2012-ci ildə çıxıb.

Milli.Az