Afaq Namiqi qara siyahıya atdı, üzünə bütün qapıları bağladı

28 Yanvar 2015 15:28

Aparıcı Afaq Gəncəli və meyxanaçı Namiq Qaraçuxurlu qarşı-qarşıya gəlib.
 

Milli.Az atvxeber.az-a istinadən məlumat verir ki, məşhurlar arasından, deyəsən, qara pişik keçib. Belə ki, Afaq Gəncəli meyxanaçını İnstagram-da qara siyahıya atıb. Səbəb isə meyxanaçının öncədən Afaq Gəncəlini İnstagram-da dostluqdan çıxartması olub.

Bu barədə məlumatı Afaq Gəncəli təsdiqləyib: "Hə düzdü, Namiqi "blok"a atmışam. Çünki o məni "follow" (izlə) etməkdən çıxartmışdı. Düzü, indi məşhurlarda bu, sanki, dəb halını alıb. Onları izləyənlərin sayı artdıqca onlar özləri izlədiklərini "unfollow" edirlər. Dünyaca məşhurlardan ədəb götürürlər".

Milli.Az